ZƏKA

Milli Süni İntellekt Mükafatı

, JW Marriott Absheron Baku, Şərq Zalı

Niyə ZƏKA?

ZƏKA — Azərbaycanda süni intellekt sahəsində innovasiyaları və nailiyyətləri tanıyan ilk və prestijli Milli Mükafatdır. Biz süni zəka texnologiyalarının inkişafına töhfə verən layihələri, komandaları və lidərləri qiymətləndiririk.

Nüfuz

Yerli istedadları və uğurlu layihələri tanıtmaqla, onları geniş auditoriyaya təqdim edirik.

Fürsət

Yeni əməkdaşlıq imkanları yaradır və layihələrin miqyasını böyütməyə kömək edirik.

Dəyər

Süni zəkaya töhfə verən mütəxəssislərin və layihələrin uğurlarını əbədiləşdiririk.

Qaydalar

Haqqımızda

ZƏKA — Azərbaycanın texnologiya sektorunda süni zəka istiqamətini prioritetləşdirən və bu sahədəki nailiyyətləri qeyd edən ixtisaslaşmış mükafatdır.

Ölkəmizdə fəaliyyət göstərən istedadlı Sİ mühəndisləri, robototexnikləri, data alimlərini və texnologiya şirkətlərini bir araya gətirərək, onların əməyini layiqincə qiymətləndirib, cəmiyyətə tanıtdırırıq. Məqsədimiz innovasiyaları dəstəkləmək və ölkəmizdə süni intellekt ekosisteminin inkişafına kömək etməkdir.

Hər il müxtəlif nominasiyalarda yaxşı Sİ layihələri və liderlər tanınır və mükafatlandırılır.

ZƏKA Milli Süni İntellekt Mükafatı — qızıl heykəlcik

Təqvim

  1. Müraciətlərin qəbulu
    Bütün nominasiyalar üzrə müraciətlər qəbul edilir. İştirakçılar layihə təsviri, texniki məlumatlar, demo və digər dəstəkləyici materialları online forma vasitəsilə təqdim edirlər.
  2. İctimai səsvermə
    Nominantlar ictimaiyyətə təqdim olunur və açıq səsvermə başlayır. Bu mərhələ layihələrin görünürlüyünü, auditoriya marağını və ictimai dəstəyini ölçür.
  3. Münsiflər Heyətinin qiymətləndirməsi
    Münsiflər Heyəti nominantları texnoloji yenilik, tətbiq potensialı, real təsir, komanda gücü və nominasiya üzrə uyğunluq meyarları əsasında peşəkar şəkildə qiymətləndirir.
  4. Ekspertlər Şurasının qiymətləndirməsi
    5 nəfərlik məxfi Ekspertlər Şurası ictimai səsvermə nəticələrini və Münsiflər Heyətinin qiymətləndirməsini nəzərə alaraq hər nominasiya üzrə qalibləri müəyyənləşdirir. Şuranın tərkibi obyektivliyi qorumaq üçün final mərhələsinə qədər stealth formatında saxlanılır.
  5. Mükafatlandırma mərasimi
    Təntənəli mükafatlandırma mərasimi JW Marriott Absheron Baku, Şərq Zalında keçiriləcək. Qaliblər elan ediləcək, mükafatlar təqdim olunacaq və Ekspertlər Şurasının üzvləri rəsmi şəkildə açıqlanacaq.

Nominasiyalar

ZƏKA mükafatı beş əsas nominasiyada verilir. Hər nominasiya AI texnologiyalarının müxtəlif sahələrdə tətbiqini və inkişafını əks etdirir.

İlin Hökumət Süni İntellekt Həlli

Əsas meyarlar

Dövlət xidmətlərinin keyfiyyəti, vətəndaşlara təsir, texnoloji innovasiya və effektivlik.

İlin Özəl Süni İntellekt Həlli

Əsas meyarlar

Kommersiya nəticələri, innovativlik, bazara təsir və texnoloji üstünlük.

İlin Süni İntellekt Startapı

Əsas meyarlar

İnnovasiya potensialı, komanda, bazar perspektivləri və investisiya cəlbetmə.

İlin Süni İntellekt Yaradıcısı

Əsas meyarlar

Kreativ məzmun, AI alətlərindən istifadə, orijinallıq və ictimaiyyətə təsir.

Tech Xəbər Seçimi

Əsas meyarlar

Redaksiya heyətinin seçimi, AI sahəsinə xüsusi töhfə və yenilikçi yanaşma.

Tərəfdaşlarımız

Təşkilatçılar

Rəsmi dəstək

Media dəstək

Tərəfdaş ol

Münsiflər Heyəti

Mükafat münsiflər heyətinə süni intellektin inkişafı, tətbiqi, texnoloji sahəsində praktik təcrübəyə və geniş biliyə malik təcrübəli rəhbərlər, sənaye liderləri daxildir.

Chingiz Safaroff
Chingiz Safaroff
Managing partner at Safaroff Agency
Zaur Karimov
Zaur Karimov
Executive Director at AmCham Azerbaijan
Irakli Gabriadze
Irakli Gabriadze
General Manager at P&G Central Asia & Caucasus Markets
Cihan Nazmi BIYIKLI
Cihan Nazmi BIYIKLI
Vice President Of Technology at NEQSOL HOLDING
Muhammad Makhmudov
Muhammad Makhmudov
Director for Central Asia and Caucasus at Plug and Play Tech Center
Nadir Alasgarov
Nadir Alasgarov
CEO at KIBRIT
Orkhan Baghirov
Orkhan Baghirov
Board Member at InvestAZ Investment Company
Viladi Maniyev
Viladi Maniyev
Chairman of the Board of Directors at AzSigorta ASC
Yunis Salayev
Yunis Salayev
Managing Partner at BDO Azerbaijan
Javid Akhundov
Javid Akhundov
Managing Director at Develor Azerbaijan
Zaur Gardashov
Zaur Gardashov
Adviser to the Chairman at SME (KOBİA)
Fuad Karimov
Fuad Karimov
Regional Managing Director at Xsolla
Venisse Castro
Venisse Castro
Senior Regional Manager for Asia Pacific at IE University
Orkhan Abbasov
Orkhan Abbasov
Board Member at SABAH.HUB
Rasim Bakhshi
Rasim Bakhshi
Director at Lenovo Azerbaijan
Tughra Musayeva
Tughra Musayeva
Head of Innovations at Pasha Holding
Jeykhun Imanov
Jeykhun Imanov
Founder, Jeykhun Imanov Studio
Elvin Babayev
Elvin Babayev
Head Of Public Relations and communications at Avrora Group of Companies
Dr. Valeria Sadovykh
Dr. Valeria Sadovykh
Senior Data and AI Consulting Lead at Microsoft
Narmin Farzaliyeva
Narmin Farzaliyeva
Head of Marketing at Amazon
Hokuma Karimova
Hokuma Karimova
Director of Corporate Communications and PR at Nar
Esmira Gasimova
Esmira Gasimova
Head of Marketing and Awareness at Electronic Security Service (RİNN)
Fatima Mammadova
Fatima Mammadova
Senior Manager at Visa Azerbaijan
Stealth mode • Ekspertlər Şurası

Ekspertlər Şurası — final qiymətləndirmə mərhələsi

ZƏKA-nın final mərhələsində ayrıca 5 nəfərlik Ekspertlər Şurası fəaliyyət göstərəcək. Şura yalnız C-level rəhbərlərdən və süni intellekt, texnologiya, innovasiya və strateji idarəetmə sahələrində yüksək reputasiyaya malik şəxslərdən formalaşdırılır. Onların əsas rolu ictimai səsvermə nəticələrini, Münsiflər Heyətinin qiymətləndirməsini və nominantların real təsirini nəzərə alaraq hər nominasiya üzrə qalibi müəyyənləşdirməkdir.

Şura üzvü 01 ad finala qədər məxfidir
Şura üzvü 02 ad finala qədər məxfidir
Şura üzvü 03 ad finala qədər məxfidir
Şura üzvü 04 ad finala qədər məxfidir
Şura üzvü 05 ad finala qədər məxfidir

Ekspertlər Şurasının tərkibi seçim prosesinin obyektivliyini qorumaq və iştirakçılarla hər hansı təsir imkanını minimuma endirmək üçün stealth formatında saxlanılır. Şura üzvlərinin adları final mərhələsinə yaxın və ya mükafatlandırma mərasimində rəsmi şəkildə açıqlanacaq.

Suallarınız var?

ZEKI — ZƏKA-nın süni intellekt köməkçisi. Mükafat, nominasiyalar, təqvim, müraciət və ya iştirak haqqında istənilən sualı verin — anında cavab alın. Yazın və ya səslə soruşun.

Salam! Mən ZEKI. ZƏKA Milli Süni İntellekt Mükafatı ilə bağlı bütün suallarınıza cavab verməyə hazıram. Söhbətə başlayın — sualınızı yazın və ya mikrofona toxunun.

Müraciət üçün layihənizin təsviri, texniki sənədlər, nümunələr və ya demo versiya tələb olunur. Hər nominasiya üzrə xüsusi tələblər müraciət formasında qeyd edilib.
Bəli, müraciət tamamilə pulsuzdur. Heç bir ödəniş tələb olunmur.
Bəli, siz müxtəlif nominasiyalarda müxtəlif layihələrlə iştirak edə bilərsiniz.
Qaliblər çoxmərhələli seçim prosesi əsasında müəyyən olunur: ictimai səsvermə, Münsiflər Heyətinin qiymətləndirməsi və 5 nəfərlik məxfi Ekspertlər Şurasının qiymətləndirməsi. Ekspertlər Şurası C-level rəhbərlərdən formalaşdırılır və tərkibi final mərhələsinə qədər stealth formatında saxlanılır.
Sponsorluq üçün bizimlə əlaqə saxlayın. Müxtəlif sponsorluq paketləri mövcuddur. Ətraflı məlumat üçün [email protected] ünvanına yazın.